Ajans.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Dövlət Turizm Agentliyinin sədri Kollegiyanın üzvləri: Dövlət Turizm Agentliyi sədrinin müavini Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Azərbaycan Turizm Bürosu İdarə Heyətinin sədri Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru.