Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin (VEİS) hüquqi əsaslarını müəyyən edir və sistemin fəaliyyətinin təşkili qaydalarını tənzimləyir.