Ramazan ayının on üçüncü günündə - 3 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub.
Ramazanın 13-cü günü üçün Azərbaycanda oruc vaxtları:
İmsak (orucun başlanğıcı): 05:46
İftar (orucun açılması): 18:49
Günün duası
"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil- məsakin".
Tərcüməsi:
"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı"