AZ

Flik Levandovskinin “Barselona”nın heyətində olmaması ilə bağlı fikirlərini bildirib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko Madrid”ə qarşı Kral Kuboku yarımfinalının ikinci oyunundan əvvəl hücumçu Robert Levandovskinin komandasında olmaması ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, Levandovski “Vilyarreal”la oyunda (4:1) zədələnib.

“Onun yoxluğu ilə barışmalıyıq. Təəssüf ki, o, “Vilyarreal”la oyunda rəqiblə toqquşdu. Bir neçə oyunçunun - Qavi, Kristensen, De Yonqun - yoxluğu çox vacib amildir, amma komanda bunun öhdəsindən yaxşı gəlir. Bunlar başqalarının öz bacarıqlarını nümayiş etdirməsi üçün fürsətdir”, - “Marca” Flikdən sitat gətirib.

“Atletiko Madrid” yarımfinalın ilk oyununda 4:0 hesablı inamlı qələbə qazanıb.

“Barselona” hazırkı Kral Kuboku çempionudur. Keçən mövsümün finalında komanda əlavə vaxtda "Real Madrid"i 3:2 hesabı ilə məğlub etmişdi.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
282
33
icma.az

10Mənbələr