AZ

Texas mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Bakı. Trend:

ABŞ-nin Texas Dövlət Xəbərləri (Texas State News.Net) saytındaXocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar məqalə dərc olunub.Məqalənin müəllifi Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin(USACI) rəhbəri Samir Novruzovdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, məqalədə 20-ci əsrin ən faciəli və ağrılı hadisələrindən biriolan Xocalı qətliamından geniş bəhs edilib.

Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərindəyüzlərlə dinc sakin xüsusi qəddarlıqla öldürülüb, kütləvizorakılığa məruz qalıb. Xocalı sakinlərinin son dərəcə həssas vəmüdafiəsiz vəziyyətdə olduğu diqqətə çatdırılıb. Xocalıda törədilənhadisələr bəşəriyyət tarixinin ən amansız cinayətlərindən olduğubildirilib.

Ermənistan silahlı qüvvələrinin Xocalıdakı əməllərinin mülkişəxslərin müdafiəsi prinsiplərinə əsaslanan Cenevrə Konvensiyalarıkimi beynəlxalq sənədlərlə ziddiyyət təşkil etdiyi vurğulanıb.Siyasi aktorların və beynəlxalq ictimaiyyətin vaxtında və sülh yoluilə həll mexanizmləri tapa bilməməsinin soydaşlarımıza qarşızorakılıqlara zəmin yaratdığı qeyd olunub.

Sonda vurğulanıb ki, əgər bəşəriyyət doğrudan da Xocalıhəqiqətlərindən nəticə çıxararsa, bu cür amansız qırğınlarıntəkrarlanmasının qarşısını almaq mümkün olar.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://texas.statenews.net/newsr/278889421

Seçilən
1
6
az.trend.az

7Mənbələr