AZ

İrandan TƏXLİYƏ: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçdi - FOTO

Xarici ölkələrin, ümumilikdə, 100-dən çox vətəndaşının İrandan təxliyəsi təmin olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün səhər saat 9-dan 17-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunan şəxslər əsasən Rusiya Federasiyası, Çin və Pakistan vətəndaşlarıdır.
 

Proses mərhələli şəkildə həyata keçirilir və sərhəd-keçid məntəqəsində müvafiq prosedurlar yerinə yetirilir.


Təxliyə edilənlər arasında Rusiya Federasiyası vətəndaşları üstünlük təşkil edir. Son mərhələdə 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycan ərazisindən tranzit qaydada keçərək ölkələrinə yola salınıb.














Bizim.Media

Seçilən
4
3
bizim.media

4Mənbələr