AZ

Qətər İranın iki Su-24 təyyarəsini vurdu – Müdafiə Nazirliyindən açıqlama

Qətər İran ərazisindən uçan iki Su-24 hərbi təyyarəsini vurduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, hadisə ölkənin hava məkanının qorunması çərçivəsində həyata keçirilən əməliyyat zamanı baş verib.

Məlumata görə, İran ərazisindən havaya qalxaraq bölgəyə doğru hərəkət edən iki Su-24 qırıcı-bombardmançı təyyarəsi Qətər Hərbi Hava Qüvvələri tərəfindən hədəfə alınıb və zərərsizləşdirilib. Rəsmi açıqlamada vurulan təyyarələrin Qətərin təhlükəsizliyinə təhdid yaratdığı vurğulanır.

Qeyd edək ki, son günlər İranın Qətərə qarşı endirdiyi zərbələr fonunda ölkə rəhbərliyi Tehrana qarşı daha sərt addımlar atmağa başlayıb. Müdafiə strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və hava məkanına nəzarət gücləndirilib.

Musavat.com

Seçilən
36
2
musavat.com

3Mənbələr