Qətər Hərbi Hava Qüvvələri İrandan uçan iki Su-24 təyyarəsini vurub.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti “X” səhifəsində məlumat yayıb.
“Qətər Hərbi Hava Qüvvələri İran İslam Respublikasından uçan iki Su-24 təyyarəsini uğurla vurub. Onlar həmçinin hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə yeddi ballistik raketi və beş PUA-nı uğurla ələ keçiriblər”, - məlumatda deyilir.
"Cebheinfo.az"