AZ

İranda liderliyə qadın namizəd gətiriləcək? Trampın rejimi dəyişdirmək planı VİDEO

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-İsrail tandeminin İrana hücumu Tehranla bağlı bir çox məsələləri yenidən gündəmə gətirib. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın İran rejimini dəyişdirmək planı da aktual olaraq qalır. Tramp bildirib ki, hərbi əməliyyatlar 4-5 həftə davam edə bilər. O, konkret vədlər verməsə də, gələcək planlara dair mesajlar səsləndirib.

Bir çoxlarını isə belə bir sual maraqlandırır: ABŞ-nin İran liderliyinə potensial namizəd kimi gördüyü üç şəxs kimdir?

İranda liderliyə qadın namizəd gətiriləcək? - Trampın rejimi dəyişdirmək planı - VİDEO

Politoloq Aytən Qurbanova mövzunu Baku TV-yə şərh edərkən bildirib ki, adı hallandırılan əsas fiqurlardan biri Məsud Pezeşkian hesab olunur:

"İstisna deyil ki, Pezeşkian əsas namizədlərdən biri kimi qiymətləndirilir. Çünki o, hazırda xalqın seçdiyi və kifayət qədər geniş dəstəyə malik olan siyasətçilərdəndir. Onun hakimiyyətdə olduğu dövrdə ortaya qoyduğu siyasi xətt - region və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması, Qərblə danışıqlara açıq olması və bu istiqamətdə verdiyi mesajlar onu mümkün namizədlər sırasında ön plana çıxarır".

Ekspertin sözlərinə görə, müxalifəti təmsil edən Məryəm Rəcəvinin adı da tez-tez hallandırılır:

"Məryəm Rəcəvinin son dövrlərdə reputasiyasının artması və Qərblə əlaqələrinin daha çox vurğulanması fonunda onun sürpriz namizəd kimi hakimiyyətə gətirilməsi ehtimalı da müzakirə olunur".

İranda hakimiyyətə gələ biləcək mümkün fiqurlar arasında Rza Pəhləvinin də adı çəkilir. Lakin şahın oğlu özünü liderliyə namizəd şəxs kimi görmədiyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
oxu.az

4Mənbələr