AZ

Rembrandtın indiyədək məlum olmayan əsəri aşkarlandı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Niderlandda Rembrandtın indiyədək məlum olmayan əsəri aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb.

Şəxsi kolleksiyaçı tablonu Amsterdamdakı "Reyksmüzeuma" - ölkənin ən böyük incəsənət muzeyinə təqdim edib. Aparılan araşdırmalar nəticəsində əsərin Rembrandtın orijinal işi olduğu müəyyən edilib.

"Zəkəriyyənin məbəddə vəhyi" adlanan rəsm 1633-cü ildə yaradılıb.

Muzeyin açıqlamasında bildirilib ki, materialların analizi, üslub və mövzu oxşarlığı, eləcə də əsərdəki düzəlişlər və ümumi bədii keyfiyyətlər tablonun Rembrandt Harmens van Reynə məxsus olduğunu təsdiqləyir.

Rembrandt XVII əsr Niderland rəssamı olub və dövrünün ən böyük sənətkarlarından biri sayılır. Dünyada onun təxminən 350 əsəri qorunur. Məşhur tabloları arasında "Gecə keşikçiləri", "Avropanın oğurlanması" və "Doktor Tulpın anatomiya dərsi" yer alır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
oxu.az

1Mənbələr