AZ

İran ABŞ-nin Ər-Riyaddakı səfirliyini vurdu – VİDEO

İran ABŞ-nin Ər-Riyaddakı səfirliyinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Editor.az  xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Səudiyyə Ərəbistanı rəsmiləri də ABŞ-nin diplomatik missiyasına zərbə endirildiyi xəbərini təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp da bəyanatla çıxış edib. O, ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücuma və amerikalı hərbçilərin ölümünə cavab veriləcəyini deyib.

“Cavabın nə olacağını tezliklə biləcəksiniz”, – deyə Ağ Ev rəhbəri bildirib.

Tramp, həmçinin ölkəsinin obyektlərinə və ərazilərinə növbəti hücum təhlükəsindən narahat olmadığını da qeyd edib.

Seçilən
26
3
editor.az

4Mənbələr