AZ

Gəncliyi və sağlamlığı qorumaq üçün əlverişli super qida

Qidalanma üzrə məşqçi Olqa Yablokova balqabağın, xüsusilə kabak növünün gəncliyi və ümumi sağlamlığı qorumaq üçün əlverişli super qida olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, o, bu tərəvəzin gündəlik pəhrizə niyə daxil edilməli olduğunu izah edib.

Mütəxəssis deyib ki, balqabaq həm həll olunan, həm də həll olunmayan liflə zəngindir. Bu, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır və şişkinlik yaratmır. Eyni zamanda bu məhsul insulin müqavimətinin idarə olunması, damar sağlamlığı və qan təzyiqinin normada saxlanması üçün vacib olan manqanla zəngindir.

Yablokova qeyd edib ki, manqan kollagen sintezi üçün əsas mineraldır. Onun çatışmazlığı dərinin elastikliyinin azalmasına, oynaq problemlərinə və sümüklərin kövrəkləşməsinə səbəb ola bilər.

Balqabaq həmçinin C, A və K vitaminləri, kalium və güclü antioksidant sayılan lutein və zeaksantinlə zəngindir. Bu maddələr ürək-damar sistemini qoruyur, pis xolesterolun səviyyəsini aşağı salır və dərinin daha sağlam görünməsinə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
88
e-saglam.az

1Mənbələr