AZ

Meksikada öldürülən narkobaronun meyiti qəbiristanlığa qızıl tabutda gətirildi

Meksikada öldürülən "Yeni nəsil Xalisko" narkokartelinin lideri, "El Menço" ləqəbli Nemesio Ruben Osequera Servantesin cəsədi dəfn üçün qəbiristanlığa qızıl tabutda gətirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb. Bildirilib ki, dəfn mərasimi martın 2-də Xalisko ştatının paytaxtı Qvadalaxarada keçirilib. Onun cənazə kortejini orkestr müşayiət edib. Xəbərə görə dəfn mərasimi maksimum qapalı keçirilib.
 
Nəşr vurğulayır ki, cənazənin daşınması və dəfn mərasimi genişmiqyaslı təhlükəsizlik əməliyyatı ilə müşayiət olunub. Federal və regional təhlükəsizlik qüvvələri avtomobil karvanının marşrutunu və Resinto de la Paz qəbiristanlığının ərazisini nəzarətə alıb.
 
Bundan əlavə, məzarlığın yaxınlığında hərbi qulluqçular və zirehli texnika yerləşdirilib.
 
Qeyd edək ki, "El Menço" fevralın 22-də hərbi əməliyyatlar nəticəsində məhv edilib. /Oxu.az/
Seçilən
0
1
moderator.az

2Mənbələr