AZ

"Real"da gərginlik: Peresin istefasını tələb edirlər

La Liqanın 26-cı turu çərçivəsində "Real" "Xetafe" ilə qarşılaşıb. Görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, "Real"ın azarkeşləri məğlubiyyət fonunda klub prezidenti Florentino Peresin istefasını tələb ediblər. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Santyaqo Bernabeu" stadionunda olan fanatlar final fitindən sonra “Florentino istefa!” şüarını səsləndiriblər.

Qeyd edək ki, bu, "Real"ın La Liqada ardıcıl ikinci məğlubiyyətidir. 2 tur əvvəl lider olan komanda artıq "Barselona"dan 4 xal geri qalaraq ikincidir.

Seçilən
48
publika.az

1Mənbələr