"Real"ın baş məşqçisi Alvaro Arbeloa çempionluq uğrunda mübarizəni uduzulmuş hesab etmir.
QOL.az xəbər verir ki, onun komandası La Liqanın 26-cı turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlub olub. Sona 12 tur qalmış Madrid təmsilçisi hazırda "Barselona"dan 4 xal geridədir. Buna baxmayaraq, mütəxəssis çempionluq yarışından kənarda olmadıqlarını deyib:
Xeyr, bizim 36 mümkün xalımız qalıb. Bu 36 xal uğrunda mübarizə aparmaqdan başqa məqsədimiz yoxdur. Heç kim təslim olmayacaq. İnanırıq ki, 4 xallıq fərqi aradan qaldıra bilərik. Bura "Real"dır və burada heç kim təslim olmayacaq".