AZ

Slovakiyanın İrandakı səfirliyinin 6 nəfərlik heyəti Azərbaycana təxliyə edilib

Slovakiyanın İrandakı səfirliyinin altı nəfərlik heyəti Azərbaycana təxliyə olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, Slovakiya diplomatlarının təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, fevralın 28-də İrana qarşı hərbi əməliyyatların başlamasından sonra bu ölkədən Azərbaycana ümumilikdə 615 nəfərin keçidi təmin olunub.

"Cebheinfo.az"

Seçilən
28
cebheinfo.az

1Mənbələr