AZ

Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı genişləndirir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev və Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov mənzil qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına işgüzar səfər ediblər.

"Far.Az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, səfər Dövlət Vergi Xidmətinin korrupsiyaya qarşı mübarizə sahəsində institusional inkişaf prioritetləri, şəffaflığın və hesabatlılığın artırılması, etik idarəetmə mexanizmlərinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyıb.

Görüşlərdə 2012-ci ildə iki qurum arasında imzalanmış Anlaşma Memorandumunun icra vəziyyəti nəzərdən keçirilib, əməkdaşlığın daha sistemli, davamlı, nəticəyönümlü mərhələyə keçirilməsi imkanları müzakirə edilib. Antikorrupsiya mexanizmlərinin təkmilləşdirilməsi, etik risklərin idarə olunması, liderlik və insan kapitalının inkişafı üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, həyata keçiriləcək birgə fəaliyyətin vahid tədbirlər planı formatında strukturlaşdırılması barədə qarşılıqlı razılıq əldə olunub və əməkdaşlığın mərhələli və koordinasiyalı şəkildə davam etdirilməsi imkanları nəzərdən keçirilib.

Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, müasir idarəetmə standartlarının tətbiqi və antikorrupsiya prinsiplərinin institusional səviyyədə gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsi olan səfər çərçivəsində birgə elmi tədqiqat fəaliyyəti, ekspert mübadiləsi, eləcə də Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin region ölkələri üçün mümkün təlim və əməkdaşlıq platforması kimi istifadəsi imkanları üzrə də fikir mübadiləsi aparılıb.

Seçilən
70
1
far.az

2Mənbələr