AZ

Dubaya əvvəldən alınan biletlərin taleyi necə olacaq?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Yaxın Şərqdə artan gərginlik fonunda bölgəyə tur bileti alan şəxsləri indi bir sual düşündürür. Səfərlər planlaşdırıldığı kimi baş tutacaq, yoxsa təhlükəsizlik səbəbindən ləğv ediləcək? Xüsusilə əvvəlcədən bilet alanlar üçün risk məsələsi yenidən gündəmə gəlib. Turizm bazarında qeyri-müəyyənlik artdığı üçün, səyahət planları ilə bağlı ehtiyatlı davranmaq zərurəti yaranır. Siyasi və hərbi proseslərin sürətlə dəyişdiyi vaxtda erkən rezervasiya nə dərəcədə təhlükəsiz seçim sayılır?Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, belə hallarda ilk zərbə adətən turizm sektoruna dəyir:"Çünki istənilən gərginlik zamanı aviareyslərin təxirə salınması və ya ləğvi baş verir, bu da əvvəlcədən edilən rezervasiyaların pozulmasına səbəb olur. Nəticədə zəncirvari şəkildə həm turizm şirkətləri, həm də sərnişinlər çətin vəziyyətlə üzləşir. Yaxın Şərq regionu ümumilikdə həssas bölgə hesab olunur. Burada siyasi və hərbi proseslər sürətlə dəyişdiyi üçün risk faktoru daim mövcuddur. Erkən rezervasiya edən şəxslər üçün əsas problem də məhz bu qeyri-müəyyənlikdir. İnsanlar məzuniyyət planlarını əvvəlcədən qurur, lakin sonradan yaranan problemlər planları poza bilər".Ekspert deyb ki, bu vəziyyətlər hüquqi baxımdan fors-major sayılır."Bu halda aviaşirkətlər ləğv olunan reyslərə görə ya alternativ uçuş təklif edir, ya da ödənişi tam şəkildə geri qaytarır. Normal şərtlərdə tarifdən asılı olaraq cərimə tətbiq olunsa da, fors-major zamanı bu məhdudiyyətlər aradan qalxır. Çünki problem nə sərnişindən, nə də birbaşa şirkətdən qaynaqlanır.Məsələyə risk prizmasından yanaşsaq, bunu tam təhlükəli seçim kimi qiymətləndirmək doğru olmaz. Lakin xüsusilə Yaxın Şərq istiqamətində, o cümlədən Doha, Dubay və Birləşmiş Ərəb Əmirlikləri kimi populyar marşrutlara bilet alarkən diqqətli olmaq tövsiyə edilir. Regionda baş verən istənilən dəyişiklik həmin istiqamətlərə də təsir göstərə bilər. Buna görə səyahət planlaşdırarkən çevik şərtləri olan biletlərə üstünlük vermək daha məqsədəuyğundur".Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr