AZ

Futbolda inqilab: Məşqçilər videotəkrar tələb edə biləcəklər

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərə Futbol Assosiasiyası (FA) videotəkrar sisteminin (VAR) tətbiqi ilə bağlı mövcud protokolda əsaslı dəyişikliklər etməyə hazırlaşır.

Oxu.Az "The Telegraph"a istinadən xəbər verir ki, Britaniya futbolunun ali idarəetmə orqanı baş məşqçilərə öz təşəbbüsləri ilə VAR-a müraciət etmək hüququ verməyi planlaşdırır.

Layihə müəllifləri hesab edirlər ki, bu addım oyun zamanı yaranan mübahisəli məqamları minimuma endirəcək, eyni zamanda sistemin istifadəsini tənzimləyən hazırkı qaydalar səbəbindən yaranan uzun fasilələrin sayını azaltmağa kömək edəcək.

Əgər dəyişiklik rəsmi şəkildə qəbul edilərsə, VAR sistemindən əsasən ofsayd kimi konkret - faktiki qərarların dəqiqləşdirilməsi üçün istifadə olunması proqnozlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr