AZ

Çin İrana bu səbəbdən təzyiq edir

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çin İrana Hörmüz boğazını açıq saxlamaq, neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarına hücum etməmək üçün təzyiq edir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Pekin Körfəz ölkələrinin enerji təchizatından, xüsusilə də Qətər qazından ciddi şəkildə asılıdır.

Bölgədəki hücumlar tanker hərəkətini pozduqdan və Qətər qısa müddətə LNG istehsalını dayandırdıqdan sonra Çin rəsmiləri Tehrandan qlobal və Çin bazarları üçün həyati əhəmiyyət daşıyan enerji marşrutlarını hədəfə almamağı xahiş ediblər”, - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Qətər hökuməti Ras-Laffan sənaye şəhərinə dron hücumunun edildiyini və partlayışların baş verdiyini bildirib. Bundan sonra “Qətər Enerji” şirkəti mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
axar.az

2Mənbələr