AZ

Simonyan: "Rusiya ilə danışıqlar aparırıq"

Ermənistanın dəmir yollarının idarə olunması hazırda Rusiya tərəfi ilə müzakirə olunur.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Biz təcili cavab gözləyirik. Layihə böyük əhəmiyyət kəsb edir. Buna görə də bu məsələni müzakirə etmək və həll etməkdən başqa alternativimiz yoxdur", - Simonyan deyib.

Onun sözlərinə görə, bəzi ölkələr bu istiqamətə müəyyən maraq göstərirlər. Lakin danışıqlar davam edir və hələlik yekun qərar verilməyib.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr