AZ

Riçard Trautman: Hidayət Heydərov intizam tədbirindən nəticə çıxarmalıdır

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman olimpiya çempionu Hidayət Heydərovun (73 kq) Azərbaycan Cüdo Federasiyasının intizam tədbirindən nəticə çıxaracağına ümid edir.

"Cebheinfo.az" xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə "Report"a müsahibəsində bildirib.

Yığmanın performans direktoru da olan Trautman idmançının çəkisini sala bilmədiyi üçün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə buraxılmamasına münasibət bildirib:

"Hidayət Azərbaycan cüdosunun ən önəmli simalarından biridir. O, olimpiya, dünya və dördqat Avropa çempionudur. Amma kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir. Hamı qaydalara əməl etməlidir. Təəssüf ki, Daşkənddə çəkisini sala bilmədiyi üçün yarışa buraxılmadı. Bu səbəbdən federasiya tərəfindən müvafiq tədbirlər görüldü. Ümid edirəm ki, Hidayət bundan nəticə çıxaracaq. Şəxsən mən onun gələcəkdə də dünya və olimpiya çempionu olmaq potensialına tam əminəm. Hər şey özündən və işə yanaşmasından asılıdır".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr