
Azərbaycanda bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib.
Ağır cinayətlər məhkəmələri üzrə:Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər MəhkəməsiRəhimova Aybəniz Məhəmməd qızı
İnzibati məhkəmələr üzrə:Naxçıvan Muxtar Respublikasının İnzibati MəhkəməsiBayramova Cahan Gəray qızı
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:Kəngərli Rayon Məhkəməsi – Rzazadə Türkan Əvəz qızı
Bakı şəhərinin rayon məhkəmələri üzrə:Bakı şəhəri Xətai Rayon Məhkəməsi – Nəsibov Elçin Aftandil oğluBakı şəhəri Xəzər Rayon Məhkəməsi – Salmanova Gülnaz Elçin qızıBakı şəhəri Qaradağ Rayon Məhkəməsi – Dünyamalılı İradə Şəms qızı, Qasımov Rüstəm Sabir oğluBakı şəhəri Nərimanov Rayon Məhkəməsi – Göyüşova Günay Vidadi qızıBakı şəhəri Nəsimi Rayon Məhkəməsi – Türkmənli Lamiyə Elman qızıBakı şəhəri Nizami Rayon Məhkəməsi – Maqsudov İsa Sabir oğluBakı şəhəri Sabunçu Rayon Məhkəməsi – Qocayev Orxan Ələddin oğluBakı şəhəri Səbail Rayon Məhkəməsi – Vəliyeva Günay Rahim qızıBakı şəhəri Yasamal Rayon Məhkəməsi – Camalov Əli Elmar oğlu
Rayon (şəhər) məhkəmələri üzrə:Abşeron Rayon Məhkəməsi – Qəniyev Sabir Ramazan oğluAğdaş Rayon Məhkəməsi – Vəliyeva Səkinə Nail qızıAstara Rayon Məhkəməsi – Quliyev Emin Əliağa oğluBərdə Rayon Məhkəməsi – Məmişov Yasin Əhməd oğluCəlilabad Rayon Məhkəməsi – Əliyev Səməd Eyyub oğluGəncə Şəhər Məhkəməsi – Abbasov Hüseyn Eldar oğluGoranboy Rayon Məhkəməsi – Yusifov Elnur Gündüz oğluGöygöl Rayon Məhkəməsi – Səfərova Aynur Elman qızıXaçmaz Rayon Məhkəməsi – Qayıbov Aqşin Mehman oğluİmişli Rayon Məhkəməsi – Salmanov Elnur Nizami oğluLənkəran Rayon Məhkəməsi – Mehdiyeva Aysel İntiqam qızıMasallı Rayon Məhkəməsi – Səmədzadə Firuzə Siyasət qızıSumqayıt Şəhər Məhkəməsi – Raxtari Kamilə Səftər qızıŞabran Rayon Məhkəməsi – Əhmədova Əfsanə Əlövsət qızıŞamaxı Rayon Məhkəməsi – Əliyev Samir Sahib oğluŞəki Rayon Məhkəməsi – Məmmədli Hacı Əliheydər oğluŞirvan Şəhər Məhkəməsi – Abbaslı Əsgər Əbülfət oğluTərtər Rayon Məhkəməsi – Təhməzli Nigar Natiq qızıTovuz Rayon Məhkəməsi – Aydəmirov Elməddin Şabəddin oğluUcar Rayon Məhkəməsi – Babayeva Nərgiz Səftər qızıYardımlı Rayon Məhkəməsi – Məmmədova Aygün Fəhrad qızı
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.