AZ

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Bakı. Trend:

Azercell-in qadınlara qarşı zorakılıqla mübarizə istiqamətindəhəyata keçirdiyi “Oflayn qadınlar” sosial təşəbbüsü beynəlxalqsəviyyədə qiymətləndirilib. Layihə Londonda keçirilən “The IndieAwards 2026” mükafatlandırma mərasimində “İctimai Rifah” (PublicGood Award) kateqoriyasında gümüş mükafata layiq görülüb.

Münsiflər heyəti təşəbbüsü yalnız yaradıcı konsepsiyasına görədeyil, eyni zamanda cəmiyyət üçün yaratdığı real və ölçülə bilənsosial təsirə görə də yüksək dəyərləndirib. Layihə rəqəmsalhəllərin aktual sosial problemlərin həllində effektiv rol oynayabiləcəyini nümayiş etdirir.

Təşəbbüsün əsas məqsədi zorakılığa məruz qalan və ya riskaltında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlıinformasiya mühiti formalaşdırmaqdır. oflaynqadinlar.az platformasıistifadəçilərə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarındaAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalıaddımlar barədə sistemli və aydın məlumat təqdim edir. Platformadahüquqi prosedurlar, psixoloji və sosial dəstək imkanları,maarifləndirici materiallar, eləcə də yardım göstərə biləcək dövlətvə qeyri-hökumət qurumları barədə təsdiqlənmiş informasiya yeralır.

Layihənin mühüm üstünlüklərindən biri - onun maksimum əlçatanlıqprinsipi əsasında qurulmasıdır. Azercell abunəçiləri platformadaninternet paketi və ya balansda vəsait olmadan da istifadə edəbilirlər.

Təşəbbüs 25 noyabr – Qadın Zorakılığına qarşı BeynəlxalqMübarizə Günü münasibətilə, BMT-nin “Narıncı Gün” təşəbbüsüçərçivəsində ictimaiyyətə təqdim olunub.

Xatırladaq ki, fərdi dəstəyə ehtiyac yarandığı halda qadınlarAzercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə116111 qısa nömrəsi vasitəsilə müraciət edə bilərlər. Azercellabunəçiləri üçün bu nömrəyə zənglər ödənişsizdir.

Məqalədə:
Seçilən
3
11
az.trend.az

10Mənbələr