AZ

Millimiz dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

“İki sahil” xəbər verir ki, "Dalğa Arena"da Şimali Makedoniyanı qəbul edən Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 2:0 hesabı ilə qalib gəlib.

C Liqasının 3-cü qrupunun görüşündə qolları 28 və 77-ci dəqiqələrdə millinin kapitanı Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu görüş Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Seçilən
23
3
ikisahil.az

4Mənbələr