AZ

Dağların altındakı gizli mərkəzlər Sərhədimizdə atom həyəcanı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranda Natanz ətrafında baş verən hadisə regionda təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Nüvə obyektlərinə mümkün zərbələr yalnız hərbi deyil, həm də ekoloji baxımdan ciddi risklər yarada bilər. Belə hallarda əsas təhlükə radiasiya sızması ehtimalı və bunun geniş əraziyə təsir göstərməsidir. Bu isə sərhəd ölkələri də daxil olmaqla, daha geniş coğrafiyanı əhatə edə biləcək nəticələr doğura bilər.Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, Natanzda uzun illərdir ki, nüvə zənginləşdirilməsini həyata keçirilir: "Bu istiqamətdə İranın bir neçə şəhərində mühüm obyektlər tikilib. Onlardan biri Natanz şəhəridir. Natanz səhrada yerləşir və yerin altında, qapalı və örtülü vəziyyətdə zənginləşdirmə prosesi aparılır. İkinci obyekt Fordo şəhərindədir. Bu şəhər Qum yaxınlığında yerləşir və burada tədqiqat işləri aparılır. Üçüncü obyekt Arak şəhərindədir və burada da tədqiqat işləri həyata keçirilir. Daha sonra Tehran şəhərində nüvə tədqiqat obyektləri və laboratoriyalar tikilib. Bu proses uzun illərdir davam edir. Natanz nüvə tədqiqatı və xüsusilə Uran-235-in zənginləşdirilməsi baxımından ən mühüm mərkəzlərdən biridir. Bu obyekt yerin dərinliyində yerləşir və kifayət qədər qapalı müəssisədir. Onun fəaliyyəti ilə bağlı açıq məlumatlar məhduddur. Hətta beynəlxalq qurumların nümayəndələrinin də həmin obyektə çıxışı dəfələrlə müzakirə olunub".Ekoloq bildirib ki, əgər oraya zərbə endirilsə və nüvə mərkəzi zədələnsə, bunu region ölkələri dərhal hiss edər:"Çünki biz yaxın ərazidə yerləşirik. Uran-235 kimi radioaktiv maddənin ətrafa yayılması küləyin istiqamətindən asılı olaraq qonşu ölkələrə də yayıla bilər. Bu maddə sürətlə yayılma qabiliyyətinə malikdir. Lakin ilkin mərhələdə qonşu ölkələrdən və İranın özündən obyektlərin ciddi zədələnməsi ilə bağlı rəsmi məlumat yoxdur.Uranın təbii tərkibində 0,72 faiz Uran-235 izotopu olur. Onu 3-5 faizə qədər zənginləşdirmək adətən atom elektrik stansiyalarında istifadə üçün nəzərdə tutulur. 20 faizdən 90 faizə qədər zənginləşdirmə isə nüvə tədqiqatları və nüvə silahı istehsalı ilə əlaqələndirilir.Son məlumatlara görə, İran bu prosesi qapalı şəkildə apardığı üçün dəqiq faiz barədə açıq məlumat yoxdur".Ekoloq deyib ki, bəzi iddialara görə, zənginləşdirmə yüksək səviyyəyə, atom silahı hazırlamağa qədər çatıb, lakin İran bunu yalnız dinc məqsədlər üçün həyata keçirdiyini bildirir."Təcrübəli ölkələr bu obyektlərin yerləşdiyi yerləri bilirlər və birbaşa həmin mərkəzləri hədəfə almazlar. Çünki orada hər hansı hadisə baş verərsə, bu, region üçün ciddi təhlükə yarada bilər.

Bu nüvə obyektləri silahlı yolla vurulacaq mərkəzlər deyil. Fordo, Arak və Tehran ərazisindəki obyektlər olduqca qapalı şəraitdə fəaliyyət göstərir. Fordo dağlıq ərazidə, dağın altında yerləşir. Digər obyektlər də yüksək təhlükəsizlik tədbirləri ilə qorunur və fəaliyyətlərini gizli və nəzarətli şəraitdə davam etdirirlər", - deyə ekspert bildirib.Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
118
demokrat.az

1Mənbələr