AZ

Millimiz seçmə mərhələyə qələbə ilə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə start verib.

Msport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib.

“Dalğa Arena”da təşkil olunan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu kapitan Sevinc Cəfərzadə vurub.
Azərbaycan – Şimali Makedoniya – 2:0
Qollar: Sevinc Cəfərzadə, 28, 78
Azərbaycan (Qadınlar): 1. Aytac Şərifova, 2. Alina Nəhmədova, 3. Jalə Məhsimova (18. Ayşən Salamzadə, 90+4), 4. Nigar Mirzaliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva (10. Kristina Bakarandze, 90+4), 11. Vüsalə Seyfəddinova (19. Xanım Əsədova, 85), 23. Yeliz Acar (8. Aysun Muradova, 85), 14. Coşqunə Əliyeva (13. Nərgiz Hacıyeva, 76), 9. Sevinc Cəfərzadə (k), 20. Peritan Bozdağ
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Mədinə Curuqova, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 17. Vüsalə Hacıyeva, 21. Aydan Həsənova
Baş məşqçi: Siyasət Əsgərov
Şimali Makedoniya (Qadınlar): 1. Viktoriya Pançurova (k), 5. Pavlinka Nikolovska (4. Katerina Petkova, 85), 6. Mila Paneva, 19. Simona Meyer, 21. Boyana Petkova (23. Kalina Popeski, 85), 7. Melaniya Qrozdanova (3. Ane Boşeska, 61), 8. Aleksandra Markovska, 14. Eva Veliçkovska (15. Elena Paneska, 74), 10. Teona Qalabovska, 9. Yilza Maksuti, 11. Hava Mustafa (13. Yovana Pavlovska, 61)
Ehtiyat oyunçular: 12. Vedrana Komnenova, 22. Berna Kabakçı, 2. Andrea Kolovska, 16. Kristina Krsteva, 17. Nastasya Nakova, 18. Xristina Yoşevska, 20. Vaska Vasileva
Baş məşqçi: Aleksandar Andov
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 7-də Felksut şəhərində yerləşən “Panço Arena”da Macarıstan yığmasına qarşı keçirəcək.
Seçilən
7
1
msport.az

2Mənbələr