AZ

"Xankəndi" yenidən lider, "Şəki" darmadağın oldu - YENİLƏNİB

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 16-cı turun ilk oyunu srağagün keçirildi.

"Football-plus.az" xəbər verir ki, Qubada keçirilməli olan “Quba” - “Kür-Araz” oyunu ordakı Olimpiya İdman Kompleksinin meydançasının məlum vəziyyətinə görə İmişliyə salındı. Aşkar favoriti olan Şimal təmsilçisi İmişli komandasının qapısından qol keçirə bilmədi. Bu oyunda “Ayın qolu” layihəsi çərçivəsində dekabrın qalibi mükafatlandırıldı. “Quba”nın oyunçusu Ramin Məhərrəmova mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim etdi.

Ötən tur mövsümdə ikinci məğlubiyyətini yaşayan “Qaradağ Lökbatan” dünən “Şəmkir”i dörd cavabsız topla darmadağın etdi.

Bu gün daha üç oyun keçirildi. Potensial lider “Xankəndi” aşkar autsayder “Araz Saatlı”nı, “Ağdaş” Zaqatalada “Şəki”ni məğlub etdi. “6 xallıq” oyunda - “Ağstafa Gəncləri” - “Göygöl” matçında "sülh" qeydə alındı.

Turun son qarşılaşması sabah keçiriləcək. 6-cı pillədə qərarlaşan “Şirvan” 7-ci pillənin sahibi “Dinamo” ilə üz-üzə gələcək.

2-ci liqa, 16-cı tur
1 mart
Quba - Kür-Araz 0:0

2 mart
Qaradağ Lökbatan - Şəmkir 4:0

Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87.

3 mart
Xankəndi - Araz Saatlı 2:1

Mirmövsüm Caniyev, 86. Elməddin Hüseynzadə, 89 - Xəyal Bədirov, 90+3
Bakı. “Palms Sports Arena”. Saat 13.00.

Ağstafa Gəncləri - Göygöl 1:1
İlkin Allahverdiyev, 84 - Fərid Məmmədov, 57
Ağstafa. Olimpiya İdman Kompleksi. Saat 14.30.

Şəki - Ağdaş 1:4
Nihat Fərəci, 3 - Yusif Dilanov, 23; 36; Oleq Xəlilov, 86; 90+3
Zaqatala. Olimpiya İdman Kompleksi. Saat 15.00.

4 mart
Dinamo - Şirvan

Binə. Qəsəbə stadionu. Saat 14.30.

Xal durumu: Xankəndi - 45, Qaradağ Lökbatan – 42, Quba – 36, Şəki, Şəmkir, Şirvan – 26, Dinamo – 16, Kür-Araz – 14, Ağdaş, Ağstafa Gəncləri - 13. Göygöl - 11, Araz Saatlı - 4.

Bombardir: Vidadi Cəfərov (Quba) - 19.

Seçilən
6
football-plus.az

1Mənbələr