AZ

Milli Kitabxanada “Xalq şairi Hökümə Billuri 100” adlı kitab sərgisi açılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 mart, AZƏRTAC

Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və Cənubi Azərbaycan poeziyasında mühüm yer tutmuş Xalq şairi Hökümə Billurinin anadan olmasının 100 illiyi münasibətilə “Xalq şairi Hökümə Billuri – 100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairənin şeirləri, poemaları, tərcümələri, müxtəlif illərdə nəşr edilmiş toplular, həyat yaradıcılığından bəhs edən tədqiqat əsərləri, eləcə də ədibin zəngin ədəbi irsini, vətəndaş mövqeyini və ictimai fəaliyyətini əks etdirən materiallar da yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr