Qadın futbolçulardan ibarət millimiz dünya çempionatının seçmə mərhələsində Bakıda Şimali İrlandiyanı məğlub etdi - 2:0.
"Football-plus.az" xəbər verir ki, millimizin baş məşqçisi Siyasət Əsgərov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Çox yaxşı gündü. Çətin olacağını bilirdik. Çox istəyirdik ki, qalib gələk. Şükürlər olsun ki, üç xal bizim oldu. Buna görə qürurlanırıq. Komandama təşəkkür edirəm. Bəzi dəqiqələrdə düşüşlər oldu. İlk 20 dəqiqədə problemlər çox idi, rəqib daha çox təzyiq edirdi. Səhvlər çox idi. Amma sonradan komanda özünə gəldi və hücumlar qurduq. Necə hazırlaşmışdıqsa, elə də qollar vurduq. Bu da sevindirici haldı. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz də maksimum diqqətli olmalıydıq. Düşünürdük ki, rəqibin səhvi olacaq və ondan yararlanarıq. Şükürlər olsun ki, qızlar sona qədər diqqətli oldular və mübarizə apardılar.
- Növbəti oyun Macarıstana qarşıdı. Komandanı bərpa etmək nə dərəcədə çətin olacaq?
- Tam bərpa etmək çox çətindi. Bəzi oyunçular var ki, zədəlidilər, gələ bilməyiblər. Az futbolçular var ki, matçları onların üzərində qururuq. Əldə daha çox oyunçu kütləsi olsa, rotasiya etmək mümkündü. Bu gün ağır oyun oldu. Macarıstana gedəcəyik. Yolumuz var. Əlimizdən gələni edəcəyik ki, qızları oyuna kökləyək. Macarıstanın gücünü bilirik. Bizim üçün çətin olacaq. Macarıstan səfərdə Andorra ilə oynayır. Onlar da səfərdədi.
- Baş hakim rəqibin qapısına bir penalti vermədi və rəqib oyunçuya qırmızı vərəqə göstərmədi. Amma siz o qədər də etiraz etmədiz. VAR-ın olmamasına görə, belə etdiz? Yəni etirazınız fayda verməcəkdi..
- Əslində, etiraz etdik. Sadəcə 4-cü hakim bizə bir neçə epizoddan sonra yaxınlaşdı və dedi ki, sizə vərəqə verəcəm. Mənim də sarı vərəqəm var idi. Etiraz etsək də, baş hakim oyunu davam etdirdi. Məncə də penalti və qırmızı vərəqə var idi. Maraqlısı odu ki, baş hakimin gözünün qarşısında idi. Əsas odu ki, qələbə qazandıq. Penalti verilməsə də, qol vurduq.
- Macarıstan sizin üçün tanış rəqibdi, onlardan bir il öncə bir xal ala bilmişdiz. Ən azından bunu təkrarlamaq mümkün olacaq?
- Bizim düşüncəmiz Macarıstandan minimum bir xal almaqdı. Əsas Şimali Makedoniyaya ilə matça köklənmişdik. Onlar və Andorra da rəqiblərimizdi. Amma Macarıstan əsas rəqibimizdi. Macarıstan A-dan B-yə, oradan da C səbətinə enib. Bilmirəm orada nə problemlər var ki, düşüş yaşanır. Amma oyunçular çox keyfiyyətlidi, komanda da keyfiyyətlidi. Bəli, macarlardan xal almışdıq. Çalışacağıq ki, minimum həmin hesabı təkrarlayaq. Allah qoysa, ora minimum bir xal üçün gedirik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta