Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədilə kart hesabında toplanan pulu talayan şəxs saxlanılıb.
Milli.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi rayon sakini ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.
Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O.Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.
Faktla bağlı araşdırma davam etdirilir.
Milli.Az