AZ

Ahmet Bican Ercilasun: Birinci Türkoloji Qurultay türk xalqları arasında elmi birliyin təməlini qoydu

Bakı, 3 mart, AZƏRTAC

Bir əsr sonra Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi məkanda bir araya gəlmək böyük həyəcan və qürur hissi doğurur. Bu gün burada toplaşarkən 100 il əvvəl bu zalda olmuş alimlərimizi, tədqiqatçılarımızı xatırlayırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, Türk Mədəniyyətini Araşdırma İnstitutunun rəhbəri professor Ahmet Bican Ercilasun deyib. O bildirib ki, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının son dəfə bu miqyasda bir araya gəldiyi tarixi toplantı olub: “Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Macarıstan, Almaniya və digər ölkələrdən tanınmış alimlərin iştirakı ilə baş tutan Qurultay yalnız regional deyil, beynəlxalq elmi platforma xarakteri daşıyıb və türk xalqları arasında elmi əməkdaşlıq və inteqrasiyanın əsasını qoyub. Qurultayda türkologiyanın bütün əsas problemləri ilk dəfə sistemli şəkildə müzakirə olunub, elmi məruzələr dinlənilib. Toplantının diqqət mərkəzində dayanan əsas məsələlərdən biri isə bütün türk xalqları üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi olub. Məhz bu ideyanın davamı olaraq, iki il sonra 1928-ci il noyabrın 3-də Türkiyə latın qrafikalı əlifbaya keçib”.

Seçilən
18
1
azertag.az

2Mənbələr