ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Vəli Məmmədov adına Mədəniyyət evində əlamətdar hadisə baş tutdu. Müəssisənin nəzdində “Mirvarid Dilbazi Poeziya” dərnəyinin rəsmi açılış mərasimi keçirildi.
Dövlət himni səsləndirildi. Vəli Məmmədov adlna Mədəniyyət Evinin nəznində fəaliyyətə başlayan Mirvarid Dilbazi Poeziya Dərnəyinin rəhbəri Güllü Eldar Tomarlı qonaqları salamladı. Dərnək haqqında və dərnəyin gələcək fəaliyyəti barədə geniş məlumat verdi.Vətən yolunda canında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Söz Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanova verildi. O, qeyd etdi ki, bu əlamətdar gün milli dəyərlərimizin təbliği, mədəniyyətimizin inkişafı yolunda böyük addımdı. İlk ''Kəlağayı Festivalı'' və ''Il Kəlağayı Festivalı'' Xətai rayonunda keçirilib. Ənənə halını alan bu tədbirin 2026- cı ildə keçirilməsinə hazırlaşırıq.
Tədbirdə Xətai Rayon Ağsaqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, YAP Xətai rayon təşkilatının sədri Ramin Mirzəyev, Bakı mədəniyyət baş idarəsinin əməkdaşı Şəms Cəbiyeva, Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, Xətai rayon icra hakimiyyətinin baş məsləhətçisi Turan Kərimzadə, Vəli Məmmədov adına mədəniyyət evinin direktoru Cavid Cəfərov, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin meneceri Gunay Valiyeva, şəhid ataları, anaları və şəhid Mehman Musayevin nişanlısı Sevda xanım, yazıçı Reyhan Mirzəzadə, əmək qəhrəmanı,Prezident təqaüdçüsü Tərlan Musayeva, aşıqlardan Ramin Qarayev , Gözəl Kəlbəcərli, Nazənin Lerikli, milli musiqi alətləri ustası və ifaçısı Rəşadət Qədirov ,şairlərdən Fəridə Ləman, Brilyant Atəş, Lalə İsmayıl, Xalidə İlyasqızı çıxış etdilər və dərnəyə uğurlar dilədilər.
Yeni yaradılan dərnəyin əsas məqsədi Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin zəngin ədəbi irsini və sənət ənənələrini qoruyub saxlamaq, eyni zamanda gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılıq və sevgi aşılamaqdır. Dərnək təkcə ədəbi müzakirələrlə məhdudlaşmayaraq, milli sənət nümunələrinin təbliğini də ön plana çəkir. Belə ki, dərnəkdə Kəlağayı ev muzeyinin bütün eksponatları, yaşı əsrlərə söykənən 200 qədimi və müasir kəlağayıları, müxtəlif yaradıcılıq sahələri üzrə sənət nümunələri nümayiş etdirildi.Sonda dərnək rəhbəri Güllü Eldar Tomarlı Azərbaycan respublikası mədəniyyət nazirliyinə, Bakı mədəniyyət baş idarəsinə, Xətai rayon icra hakimiyyətinə, QHT agentliyinə, şəhid ailələrinə və tədbir iştirakçılarına təşəkkür bildirdi. Sonda xatirə şəkli çəkildi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.