AZ

Naxçıvanda “Zəfər hekayələri” layihəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Zəfər hekayələri” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin tərəfdaşı Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunan tədbirdə rəsmi qurumların nümayəndələri, müəllim və tələbələr, eləcə də fəal gənclər iştirak ediblər.

Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Rəsmi hissədə Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun nümayəndələri çıxış ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, “Zəfər hekayələri” layihəsinin əsas məqsədi qəhrəmanlarımızın həyat və döyüş yolunun gənc nəslə çatdırılması, onların əziz xatirəsinin yaşadılması və şəhidlərimizin unudulmamasına töhfə verməkdir. Qeyd olunub ki, layihə gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərin möhkəmlənməsinə və suverenlik ideyalarının təşviqinə xidmət edir.

Tədbir zamanı layihənin icra prosesini əks etdirən videorolik nümayiş olunub, “Zəfər Qalereyası” adlı sərgiyə baxış keçirilib, fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər tarixi yaddaşın qorunması və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilib.

"Cebheinfo.az" 

Seçilən
2
2
cebheinfo.az

4Mənbələr