AZ

Yeni ali rəhbərin seçiləcəyi bina bombalandı

İsrail ordusu İranın Qum şəhərinə raketlər atıb. Metbuat.az xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail ordusundakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, hücumun hədəfində Ekspertlər Şurasının iclasının keçirilməsi nəzərdə tutulan bina olub. Məlumata görə, şuranın üzvləri yeni ali rəhbəri seçmək üçün bir araya gəliblər. İran mediasının məlumatına görə, bina əvvəlcədən təxliyə edildiyi üçün tələfat olmayıb.

Qeyd edək ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir.

Seçilən
18
metbuat.az

1Mənbələr