AZ

Yevlaxda Od çərşənbəsi qeyd edildi - FOTO

Milli bayramımız Novruzun ikinci çərşənbəsi olan “Od çərşənbəsi” münasibətilə rayon mərkəzində bayram tədbiri keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Yevlax Şəhər Mədəniyyət Mərkəzi və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.

Dədə Qorqud Parkında baş tutan bayram tədbirində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
 

Tədbir Mədəniyyət Müəssisələrinin əməkdaşları tərəfindən hazırlanmış maraqlı konsert proqramı ilə davam edib. Bayram proqramında milli rəqslər, xalq mahnıları, folklor nümunələri və səhnəciklər təqdim olunub, tonqal ətrafında şənlik təşkil edilib. Tədbir rayon sakinləri tərəfindən alqışlarla qarşılanıb.


Qeyd edək ki, Od çərşənbəsi Novruzun əsas mərhələlərindən biri olmaqla, qədim inanclara əsasən odun, istiliyin və işığın rəmzi hesab olunur. Bu gün insanlar tonqal qalayaraq üzərindən tullanır, bununla da köhnə ilin çətinliklərini geridə qoyub yeni ilə saf niyyət və təmiz qəlblə qədəm qoyduqlarına inanırlar. Od çərşənbəsi birlik, bərəkət və yenilənmə rəmzi kimi xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur.


























Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.

Seçilən
15
19
bizim.media

10Mənbələr