AZ

Azərbaycanla Avstriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Avstriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Avstriyanın İqtisadiyyat, Enerji və Turizm Federal Nazirliyinin Baş katibi Severin Qruber ilə görüşdük. Mərkəzi Avropada təbii qaz üzrə əsas tranzit qovşaqlarından biri olan Avstriya ilə əməkdaşlığımızın xam neftlə yanaşı, təbii qaz tədarükünü əhatə etməsini məmnunluqla qeyd etdik. Dayanıqlı enerji təhlükəsizliyi üçün təbii qazla bağlı praqmatik siyasətin vacibliyi ilə bağlı fikirlərimizi bölüşdük", - paylaşımda qeyd edilib.

Seçilən
0
3
day.az

4Mənbələr