
“Warner Bros.” “Taxt oyunları” serialının tammetrajlı prikveli üzərində işə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Bildirilib ki, filmin ssenari müəllifi “Kartlar evi” və “Andor” serialları ilə tanınan Bo Uillimon olacaq. Rejissor və aktyor heyəti hələ açıqlanmayıb.
Nəşrin məlumatına görə, prikvel Denis Villeneuvenin “Dune” filmi ilə müqayisə edilə bilən genişmiqyaslı bədii film kimi düşünülüb.
Filmdə hadisələr “Taxt oyunları”nın hadisələrindən təxminən 300 il əvvəl baş verəcək. Prikvel, Dəmir taxtda oturan ilk kral olan və əjdahaların köməyi ilə Vesterosu fəth edən Fatih Aegon kimi də tanınan I Aegon Tarqarienin hekayəsinə əsaslanacaq.