AZ

Əfqanıstan-Pakistan sərhədində şiddətli döyüşlər davam edir

Əfqanıstan və Pakistan sərhədində şiddətli döyüşlər davam edir. “Seda-e Afghan” xəbər verir ki, döyüşlər dünən gecə boyunca davam edib və iki ölkə arasında Kabul tərəfindən tanınmayan sərhəd olan Durand xətti boyunca gedib.

“Xost əyalətinin Əlişir rayonunda bütün cəbhə xətti boyunca şiddətli döyüşlər davam edir. Pakistan Malişlərinin (sərhəd milisləri) nəzarət məntəqələrinin yaxınlığında şiddətli toqquşma baş verib” – xəbərdə deyilir.
Əfqanıstan ordusunun əks-hücumu daha uğurlu olub – toqquşma zamanı onlar Durand xətti yaxınlığındakı Dabagi rayonunda iki Pakistan postunu ələ keçiriblər. Əfqanıstan Milli Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xorazminin sözlərinə görə, Əfqanıstan və Pakistan qüvvələri arasında döyüşlər həmçinin Qəndəhar əyalətinin Spinbuldak rayonunda da baş verib.

Kanalın Əfqanıstan hərbi zabitinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində bir Pakistan milis postu ələ keçirilib, üç Pakistan əsgəri öldürülüb, biri isə diri əsir götürülüb.

//Samir Qurbanov, Editor.az

Seçilən
135
editor.az

1Mənbələr