İsrail hərbçiləri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlılarının Livan korpusunun komandir vəzifəsini icra edən Davud Əlizadəni məhv edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, İsrail HHQ-nin dəqiq zərbəsi nəticəsində öldürülüb.
D.Əlizadə əvvəllər başqa bir İsrail zərbəsi nəticəsində zərərsizləşdirilmiş əvvəlki komandir Həsən Məhdavinin yerinə “Qüds” qüvvələrinin Livan korpusunun komandir vəzifəsini icra edirdi.