AZ

Ronaldo zədələnib -“Əl Nəsr” açıqladı

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo “Əl Fayha” ilə keçirilən son matçdan sonra zədələnib.

Redaktor.az xəbər verir ki, bu barədə Ər-Riyad təmsilçisinin instaqram səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, o, reabilitasiya proqramına başlayacaq və vəziyyəti gündən-günə qiymətləndiriləcək.

Qeyd edək ki, bu gün portuqaliyalı vingerin Səudiyyə Ərəbistanını tərk edib Madridə getməsi ilə bağlı xəbərlər yayılmışdı.

Seçilən
77
4
redaktor.az

4Mənbələr