AZ

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır. 

Rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov,  Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztop, Gəncə İmamzadə Ziyarətgah Kompleksi Dini İcmasının sədri Hacı Tahir Abbasov, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri iftar süfərsində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda, canından keçmiş şəhidlərimizin xatirələri birdəqiqəlik sükutla yad olunmuşdur. Sonra rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışmış, tolerantlığın və həmrəyliyin nümunəvi səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində  30 illik işğala son qoymuşdur.

Sonra ağsaqqallar çıxış edərək Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu qeyd etmiş, Müqəddəs Qurani-Kərimdən ayələr oxuyub dualar etmişlər.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildimişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
101
azerbaijan-news.az

1Mənbələr