AZ

Maşının qapısına tələ asıb qarət edirlər Sürücülərə xəbərdarlıq

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Son vaxtlar qonşu ölkələrdə dələduzların yeni üsulu park edilmiş avtomobillərin qapı dəstəyinə, yəni sürücünün toxunacağı hissəyə müxtəlif əşyalar asmaq və daha sonra qarət etməkdir.

Bəs bunu necə edirlər?

Milli.Az-ın məlumatına görə, bu üsulda qapı dəstəyinə asılan əşyanın üzərinə əvvəlcədən təsiredici, narahatedici maddə tökülür.

Şəxs həmin əşyaya toxunduqda maddənin təsirinə məruz qala və hətta huşunu itirə bilər. Yaxınlıqda başqa bir avtomobildə gözləyən dələduzlar isə bundan istifadə edərək avtomobili asanlıqla açıb qarət edə bilirlər.

Səlahiyyətli qurumlar xəbərdarlıq edir ki, avtomobilə yaxınlaşarkən qapı dəstəyində naməlum və ya şübhəli əşya gördükdə maşını açmadan ərazidən uzaqlaşmaq və hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Mina Mikayılova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
4
news.milli.az

5Mənbələr