AZ

Messinin oyunda iştirak etməməsi MLS klubuna 347 min dollara başa gəldi

BAKI, 4 mart. TELEQRAF

MLS təmsilçisi “Vankuver Uaytkeps” klubu Lionel Messinin adı ilə bağlı yaranan qalmaqala görə 347 min dollar məbləğində cərimə ödəyəcək.

Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, buna səbəb klubun “İnter Mayami”nin futbolçusu Lionel Messinin fotosundan matçın reklam materiallarında istifadə etməsi, lakin argentinalı ulduzun “Vankuver”lə oyunun iştirak ərizəsinə daxil edilməməsi olub.

Məhkəmə 2024-cü ildə azarkeşlər tərəfindən qaldırılan kollektiv iddianı təmin edib.
Oxşar narazılıqlar “İnter Mayami”nin digər futbolçuları Serxio Busketts və Luis Suaresin də adları və şəkilləri ilə oyunun reklam olunmasına baxmayaraq, həmin futbolçuların matçda iştirak etməməsi ilə bağlı yaranıb.

Məlumata görə, azarkeşlərdən biri oyunu izləmək üçün İtaliyadan Vankuverə 8923 kilometr yol qət etsə də, Messini meydanda görə bilməyib.

Qeyd olunur ki, azarkeşlərə pul kompensasiyası ödənilməyəcək, cərimə məbləği isə xeyriyyə məqsədlərinə yönəldiləcək.

Seçilən
14
teleqraf.com

1Mənbələr