Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrəixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrəixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.
Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə yanvar sayındabildirilib.
Cari ilin birinci ayında ixrac olunan şəkər ötən ilin müvafiqdövrünə nəzərən 169,3%, pambıq iplik 137,6%, bitki və heyvanmənşəli piylər və yağlar 90,8%, alüminium və onlardan hazırlananməmulatlar 39,5%, meyvə-tərəvəz 32,1%, pambıq lifi 23,2%, çay20,9%, spirtli və spirtsiz içkilər 14,2% artıb.
2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6%artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar vəaqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyonABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aidmalların siyahısında qızıl ( 33 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3 milyon ABŞdolları) ikinci, xurma (təzə) (22,3 milyon ABŞ dolları) isə üçüncüyerdə qərarlaşıb.
2026-cı ilin yanvar ayında Rusiya Federasiyasına 77 milyon ABŞdolları, İsveçrəyə 38,6 milyon ABŞ dolları, Gürcüstana 31,6 milyonABŞ dolları, Türkiyəyə 31,5 milyon ABŞ dolları, Ukraynaya isə 15,2milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixracolunub.
2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçısubyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsilolunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani LimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO”MMC, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, “Prime LM" MMC,"KHAN-EL" MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “AFAExport” MMC, "P-AQRO" MMC, "Mors Trading" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıqedir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:“SOCAR Polymer” MMC, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlarİdarəsi, “Azəralüminium” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi"MMC, "Naxçıvan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sənayecihaz"EİM, “SOCAR CAPE” MMC, "Qaradağ Şüşə Zavodu" ASC, "Azərxalça"ASC.
2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının KosmikAgentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyonABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixracedilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onunümumi gəlirlərinin 65%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 minABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4min ABŞ dolları ilə Türkiyə, 69,6 min ABŞ dolları ilə Pakistanqərarlaşıb.