AZ

"Real" Ardanın mövqeyinə bu ulduz futbolçunu istəyir

"Real Madrid" "Kristal Palas"ın futbolçusu Adam Uortonu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, gənc ingilis yarımmüdafiəçi uğurlu oyunu ilə diqqət çəkir. İngilis mətbuatında yer alan xəbərlərə görə, İspaniya nəhəngi Uortonun oyun tərzinə və keyfiyyətinə heyran qalıb. İspaniya nəhəngi transferi mövsümün sonunda həyata keçirmək istəyir. "Real Madrid" Toni Kroos və Luka Modriçin yaratdığı boşluğu tam doldurmayıb. Heyətdə bir çox alternativ olmasına baxmayaraq, rəhbərliyin yarımmüdafiəni gücləndirməyi nəzərdən keçirdiyi bildirilir.

Digər tərəfdən, "Mançester Yunayted", "Liverpul" və "Mançester Siti"nin də Uortonun xidmətində maraqlı olduğu bildirilir.

Seçilən
246
4
metbuat.az

5Mənbələr