AZ

"Azərkosmos" yanvarda 1,5 milyon dollarlıq ixrac əməliyyatları aparıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan Respublikasının KosmikAgentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyonABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixracedilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbərverir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədəeynidir.

Hesabat ayında “Azərkosmos”un xidmət ixracından əldə etdiyigəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 minABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4min ABŞ dolları ilə Türkiyə, 69,6 min ABŞ dolları ilə Pakistanqərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neftsektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9%artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyintiməhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarınabərabər olub.

Məqalədə:
Seçilən
35
2
az.trend.az

6Mənbələr