AZ

SEPAH Amerika esminesini məhv ETDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ esminesinin raketlərlə vurulduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən atılan raketlərlə Amerika esminesi hədəfə alınıb.

SEPAH-ın yaydığı açıqlamada qeyd edib ki, “Əsl Vəd 4” əməliyyatının davamı olaraq Hind okeanındakı ABŞ-nin strateji obyektinə raket zərbələri endirilib.

Bəyanata əsasən, İranın cənub sahillərindən təxminən 650 kilometr məsafədə, Hind okeanında Amerika tanker gəmisindən yanacaq dolduran ABŞ esminesi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin “Qədr-360” və “Talaiyeh” raketləri ilə vurulub.

Kəşfiyyat məlumatlarına görə, iki gəminin göyərtəsində geniş yanğın baş verib və okean üzərində tüstü buludları müşahidə olunub.

Açıqlamada bildirilib ki, “Əsl Vəd 4” əməliyyatı İran hərbi qüvvələrinin İsrail və ABŞ-nin iranlılara qarşı davam edən hərəkətlərinə cavab xarakteri daşıyır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
51
1
redaktor.az

2Mənbələr