Bakı.Trend:
ASCO-nun dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbətikupon ödənişləri olub.
Bu barədə Trend-ə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO)məlumat verilib.
Bildirilir ki, istiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞdolları qazandırıb. Faiz ödənişlərinin 3 milyonu 03 mart 2023-cüildə dövriyyəyə buraxılan ümumi məbləği 100 000 000 (yüz milyon)ABŞ dolları olan istiqrazlar, 1,5 milyonu isə 23 fevral 2024-cüildə dövriyyəyə buraxılan ümumi məbləği 50 000 000 (əlli milyon)ABŞ dolları həcmində olan istiqrazların payına düşüb.
Faiz ödənişləri investorların bank hesablarına artıqköçürülüb.
Qeyd edək ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan“ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlarüzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirlilikləemissiya edilib.