AZ

ABŞ Lahor və Kəraçidəki konsulluq əməkdaşlarını Pakistandan çıxarır

ABŞ Dövlət Departamenti Lahor və Kəraçidəki konsulluq əməkdaşlarının bir hissəsinə Pakistanı tərk etməyi tapşırıb.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Pakistan konsulluğunun rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, təhlükəsizlik təhdidləri səbəbindən Lahor və Kəraçidəki bir neçə ABŞ konsulluğunun əməkdaşlarına Pakistanı tərk etmək barədə tapşırıq verilib.

Tapşırıq konsulluq əməkdaşlarının ailə üzvlərinə də aiddir.

Seçilən
14
2
apa.az

3Mənbələr